Super Liqa klubundan 3 transfer

Türkiyənin “Kasımpaşa” klubu heyətini 3 yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Doğucan Haspolat, Tomaş Breçka və Dyumersi Ndonqalanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Haspolat Niderlandın “Ekselsior” klubundan transfer olunub. 19 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

Breçka Çexiyanın “Yablonets” klubundan gəlib. 25 yaşlı çexiyalı müdafiəçi də yeni klubu ilə 3,5 illik müqaviləyə imza atıb. Vaxtilə Çexiyanın U-21 yığmasında da oynamış futbolçu bu mövsüm “Yablonets”də 22 oyuna çıxıb, 2 qola imza atıb.

Ndonqala isə Belçikanın “Genk” klubundan satınalma şərti ilə icarəyə götürülüb. 28 yaşlı konqolu cinah oyunçusu bu mövsüm Belçika nəhənginin heyətində 16 oyuna çıxıb. 28 yaşlı futbolçu daha öncə “Sportinq” (Şarlerua) və “Standard” (Lyej) klublarında da forma geyinib.