Super Liqa klubundan 2 yeni transfer

Türkiyənin “Rizəspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi çexiyalı hücumçu Milan Şkoda və ukraynalı yarımmüdafiəçi Denis Qarmaşı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Praqa “Slaviya”sından transfer olunan 33 yaşlı Şkoda ilə 1,5 illik müqavilə imzalanıb. 29 yaşlı Qarmaş isə Kiyev “Dinamo”sundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Qarmaş bu mövsüm “Dinamo”nun heyətində 13 oyunda 813 dəqiqə meydanda olub. Ukrayna yığmasında 30-dan çox oyun keçirmiş Denis ilk dəfə Kiyev klubundan fərqli bir komandanın uğurları üçün çalışacaq.

Çexiya millisinin sabiq üzvü olan Şkoda isə “Bohemians”ın yetirməsidi. O, “Slaviya”da 2012-ci ildən çıxış edirdi.