Super Liqa klubundan 2 transfer

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı sağ cinah müdafiəçisi Marselo Qoyano və qabonlu mərkəz müdafiəçisi Aaron Appindanqoyeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qoyano ilə 2+1, Appindanqoye ilə 2 illik müqavilə imzalanıb.

Marselo Portuqaliyanın “Braqa” klubundan transfer olunub. 31 yaşlı futbolçu 2014-cü ildən formasını geyindiyi Portuqaliya klubunda elə də çox oyun şansı qazanmayıb.

Qabon millisində 50-dən çox oyun keçirmiş Aaron isə 2017-ci ildən Türkiyənin “Ümraniyəspor” klubunda çıxış edirdi. 27 yaşlı stopper ötən mövsüm 34 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button