Super Liqa klubunda yeni hücumçu

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Yeni Malatyaspor”dan ayrılan Adis Yahovici transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şimali Makedoniyadan olan hücumçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb. Onun sadəcə, bu komandada 81 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Yahoviç Türkiyədə daha öncə “Göztəpə” və “Konyaspor” klublarının da şərəfini qoruyub. 32 yaşlı forvard “Yeni Malatyaspor”la bu mövsüm Super Liqada 18 oyuna çıxıb, 11 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button