Super Liqa klubunda yeni futbolçu

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kayserispor”la yollarını ayıran Hasan Hüseyin Acarı transfer edib.

Bu barədə Alanya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.

Hasan Hüseyin Acar “Əskişəhərspor”un yetirməsidir. O, vaxtilə “Göztəpə” vvə “Tokatspor”da icarədə də oynayıb. Yarımmüdafiəçi 2018-ci ildən “Kayserispor”un uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button