Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu sabiq baş məşqçilərindən Cem Kavçaka tapşırılıb.

Bu barədə klubun prezidenti Hüseyn Eryuksel məlumat verib. O, köhnə-yeni baş məşqçi ilə mövsümün sonunadək anlaşdıqlarını bəyan edib.

C.Kavçak bu postda bir neçə gün öncə istefaya göndərilən Cihat Arslanı əvəz edib.

“Akhisarspor” mövsümə Safet Suşiçlə başlamışdı. Lakin 6-cı turda onu istefaya göndərən klub rəhbərliyi həmin postu Cihat Arslana həvalə etmişdi. Sözügedən klub bu mütəxəssisin dövründə 15 oyuna 3 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətə imza atmışdı. Komanda hazırda Super Liqada 18 iştirakçı arasında sonuncudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button