Super Liqa klubunda yeni baş məşqçi – rəsmi

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”un yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi Bayram Bektaşa həvalə edilib. 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bektaş bu postda Azərbaycan millisinin sabiq baş məşqçsi Robert Prosineçkini əvəzləyib. 

“Kayserispor” 2019/2020 mövsümünü 32 xalla sonuncu pillədə başa vursa da, Türkiyə Futbol Federasiyası çempionatda komanda sayını artırıb və klub əsas liqada qalıb.