Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini yeni mövsümdə Rza Çalımbay çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər bu gün rəsmi müqaviləyə imza atacaqlar.

Rza Çalımbay, 2010-2013-cü illər aralığında da “Sivasspor”u çalışdırıb. Həmin dövrdə Sivas klubu onun rəhbərliyi altında Super Liqada 98, Türkiyə Kubokunda 16 qarşılaşmaya çıxıb. “Qırmızı-ağlar” həmin oyunların 43-də qələbə qazanıb, 28-də heç-heçə edib, 43-də məğlubiyyətlə üzləşib. 166 qol vuran sivaslılar, 168 top buraxıb.

56 yaşlı mütəxəssis son olaraq 2018-ci ildə “Konyaspor”u çalışdırıb. O, “Sivasspor”un baş məşqçi postunda mövsüm bitəndən sonra müqavilə müddəti uzadılmayan Hakan Keleşi əvəz edəcək.