Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Uyğun çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Bülent Uyğun son olaraq ötən il “Dənizlispor”a rəhbərlik edib. O, bir neçə gün öncə istefaya göndərilmiş Marius Şumudiçanı əvəz edib.

“Rizəspor” bu mövsüm Super Liqada 27 oyuna topladığı 28 xalla 17-ci pillədə qərarlaşıb.