Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra İlhan Palut çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

İlhan Palut bu postda əvvəlki günlərdə istefaya göndərilən İsmail Kartalı əvəz edib. “Konyaspor” 22 oyuna topladığı 24 xalla Super Liqada 15-ci sırada qərarlaşıb.

Palut “Konyaspor”dan öncə “Göztəppə”, “Hatayspor” və “Ümraniyəsspor” klublarında da baş məşqçi kimi çalışıb.