Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa klubunu bundan sonra Tamer Tuna çalışdıracaq.

Bu barədə Antalya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Tamer Tuna baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Stefan Toması əvəz edib. “Antalyaspor” Tomasın rəhbərliyi altında çıxdığı 6 oyunda 3 dəfə heç-heçə edib, 3 dəfə də məğlub olub. Xorvat mütəxəssis noyabrda Super Liqa təmsilçisində baş məşqçi postuna gətirilmişdi.

“Antalyaspor” Super Liqada 14 xalla 16-cı sırada yer alır.