Super Liqa klubunda üç yeni futbolçu

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Kosovo milli komandasının hücumçusu Jetmir Topalli ilə sabiq futbolçusu Murat Akçanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq hər iki futbolçu ilə rəsmi müqavilə imzalanıb. Amma anlaşmanın müddəti və digər detalları açıqlanmayıb.

22 yaşlı Jetmirin son klubu “Ballkani” olub. O, 2019-cu ildə qısa müddət “Feronikeli”də də icarədə olub.

Murat Akça isə “Qalatasaray”ın yetirməsidir. 30 yaşlı müdafiəçi “Adana Dəmirspor”, “Sivasspor”, “Karabükspor”, “Elazığspor” və “Girəsunspor”da da forma geyinib. O, 2016-2019-cu illər aralığında da “Yeni Malatyaspor”un uğurları üçün çalışıb.

“Yeni Malatyaspor” perulu yarımmüdafiəçi Kristian Kuevanı da transfer etmək üzrədi. Klubun mətbuat xidməti artıq 28 yaşlı oyunçu ilə prinsipial razılıq əldə olunduğunu açıqlayıb. Yaxın günlərdə onun Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atması gözlənilir.

Peru yığmasının üzvü son olaraq “Paçuka”nın uğurları üçün çalışıb. O, karyerası ərzində “Santos”, “Krasnodar”, “San Paulo”, “Toluka”, “Alyansa Lima”, “Rayo Valyekano”, “Yunion Espanyola”, “Universidad Sezar Valyexo”, “Universidad San Martin” klublarında da oynayıb.