Super Liqa klubunda macar qapıçı

Türkiyənin “Göztəpə” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi macar qapıçı Balaş Meqyerini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Ferentsvaroş”da başlayan Meqyeri, sonralar Yunanıstanda “Olimpiakos” və “Atromitos”un, İspaniyada “Xetafe”nin, Almaniyada “Qroyter”in də formasını geyinib.