Super Liqa klubunda isveçli qapıçı

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli qapıçı Kristofer Nordfeldti transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Uelsin “Suonsi Siti” klubunun formasını geyinmiş 30 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Futbola ölkəsinin “Brommapoykarna” klubunda başlamış Nordfeldt daha sonra Niderlandın “Herenven” komandasında da forma geyinib. 2015-ci ildən isə o, “Suonsi Siti”də idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button