Super Liqa klubunda 5 nəfər koronavirusa yoluxdu

Türkiyənin “Göztəpə” klubunun kollektivindən koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, nəticədə Super Liqa təmsilçisində 5 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 2 futbolçu və 3 klub işçisinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıblar.

Qeyd edək ki, “Göztəpə” Super Liqanın 11-ci turu çərçivəsində dekabrın 5-də “Kayerispor”u qəbul edəcək.