Super Liqa klubunda 4 yoluxma

Türkiyənin “Ankaragücü” klubunun kollektivi Super Liqanın 11-ci turu çərçivəsində qarşılaşacaqları “Antalyaspor”la oyundan öncə koronavirus testi verib.

Komanda.az xəbər verir ki, testlər nəticəsində dörd nəfərdə COVİD-19 aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə koronavirusa yoluxanlardan birinin texniki, qalan üç nəfərin isə idarə heyətindən olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, “Antalyaspor” – “Ankaragücü” matçı dekabrın 6-da keçiriləcək.