Super Liqa klubu ukraynalı hücumçu aldı

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu ukraynalı hücumçu Andrey Boryaçuku transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard Donetsk “Şaxtyor”undan 1,5 illik icarəyə götürülüb.

Ukrayna yığmasında da bir neçə oyun keçirmiş Boryaçuk, “Şaxtyor”un öz yetirməsidi. 2017-2019-cu illər aralığında isə o, “Mariupol”da icarədə oynayıb.