Super Liqa klubu “sükan”ı portuqaliyalıya tapşırdı

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin “süka”nı portuqaliyalı mütəxəssis Rikardo Sa Pintuya tapşırılıb. 49 yaşlı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Marius Sumudikanı əvəzləyib.

Daha əvvəl ölkəsinin “Sportinq” və “Braqa” klublarında baş məşqçi olmuş Rikardo Sa Pintu Serbiyada “Srvena Zvezda”, Belçikada “Standard” və Polşada “Legiya” kimi komandalarda da işləyib.