Super Liqa klubu milli üzvü ilə gücləndi

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçrəli sol cinah müdafiəçisi Fransua Mubandjeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu Zaqreb “Dinamo”sundan bir illik icarəyə götürülüb.

Mubandje 2019-cu ildən “Dinamo”da forma geyinir. O, daah öncə “Tuluza”, “Servett” və “Meyrin” klublarında da çıxış edib. Müdafiəçi İsveçrə yığmasında 21 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button