Super Liqa klubu iki oyunçusunu icarəyə verdi

Bir neçə gün öncə Edin Vişçanı “Trabzonspor”a satan “Başakşəhər” daha iki futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Ahmet Kutucu ilə Peter Julu da icarəyə göndərib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, Peter Jul Macarıstanın “Fehervar”, Ahmet Kutucu isə Almaniyanın “Sandhauzen” klubuna icarəyə verilib. Hər iki futbolçu bu mövsümün sonuna qədər icarədə oynayacaq.

Avstriyadan olan 28 yaşlı Peter Jul 2021-ci ilin iyun, Almaniya vətəndaşlığına malik 21 yaşlı Ahmet Kutucu isə iyul ayından “Fənərbaxça”da çıxış edirdi. Hər iki futbolçu bu mövsümün geridə qalan hissəsində az forma şansı qazandığı üçün icarəyə göndərilib.

Yeri gəlmişkən, “Başakşəhər” heyətinə yeni futbolçu qatmağa hazırlaşır. İstanbul klubu Super Liqanın digər təmsilçisi “Konyaspor”dan Sərdar Gürləri transfer edir. Türkiyə mətbuatının iddiasına görə, artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər və İstanbul klubu tezliklə bu transferi rəsmən açıqlayacaq. 30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə ilyarımlıq anlaşıb. Bu mövsüm “Konyaspor”da 20 rəsmi matça çıxan Sərdar Gürlər, 4 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub.