Super Liqa klubu baş məşqçisini göndərdi

Türkiyənin “Akhisarspor” klubu baş məşqçisi Cihat Arslanla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Arslan komandanın uğursuz çıxışına görə baş məşqçi vəzifəsindən göndərilib.

“Akhisarspor” Super Liqada 21 turdan sonra 17 xalla sonuncu pillədə qərarlaşıb.