Super Liqa klubu 3 transferi birdən açıqladı

Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçularla güləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Manuel da Kosta, Aatıf Şaheşuhe, həmçinin Yohanna Omolonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin futbolçularla müqavilələrin detalları açıqlanmayıb.

Vaxtilə “Fənərbaxça”da da oynamış Aatıf Şaheşuhe son olaraq “Fatih Karagümrük”ün uğurları üçün çalışıb. Manuel Da Kosta isə “Trabzonspor”dan ayrılandan bəri klubsuz idi. Keniyalı 31 yaşlı Yohanna Omolo isə son dörd ili Belçikanın “Serkl Brügge” klubunda keçirib.