Messi, Ramos və Aquero rəmzi komandada

“Sun Sport” portalı yayda azad agent statusu alacaq futbolçuların rəmzi komandasını hazırlayıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə “Real”dan Serxio Ramos, “Barselona”dan Lionel Messi, “Mançester Siti”dən də Serxio Aquero kimi futbolçular yer alıb:

Qapıçı: Canluici Donnarumma (“Milan”);
Müdafiəçilər: Elsayd Hyusay (“Napoli”), Serxio Ramos (“Real”), David Alaba (“Bavariya”), Xuan Bernat (PSJ);
Yarımmüdafiəçilər: Corcinyo Veynaldum (“Liverpul”), Florian Toven (“Marsel”), Anxel Di Mariya (PSJ);
Hücumçular: Memfis Depay (“Lion”), Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”).