“Sumqayıt”la matçda özümüzü favorit saymıram”

Serbiyanın “Çukariçki” klubunun yarımmüdafiəçisi Asmir Kayeviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Sumqayıt” bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bunları söyləyib:

“Hazırda “Sumqayıt” barədə məlumatımız azdır. Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardır. Heç bir rəqibə yuxarıdan-aşağı baxmırıq. Bilirik ki, “Sumqayıt” da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdir.

Düzdür, “Sumqayıt”la müqayisədə avrokubok təcrübəmiz çoxdur. Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Ehtiyatlı oynamalıyıq. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button