“Sumqayıt”ın yeni transferi Azərbaycana gəldi

“Sumqayıt”ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq Bakıdadır.

İran mətbuatının yazdığına görə, onunla 2020/21 mövsümünün sonunadək müqavilə imzalanacaq.

Haqverdi son olaraq ölkəsinin “Paykan” klubunda çıxış edib.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəl “Neftçi”dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.