“Sumqayıt”ın milli ilə sınaq matçında 6 qol

Növbəti mövsümə hazırlığı davam etdirən “Sumqayıt” bu gün daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmada qapılara bütövlükdə 6 qol vurulub. Oyun 3:3 hesabıyla başa çatıb.

“Sumqayıt”ın qollarına Əmir Ağayev, Sərtan Taşqın və Peyman Babayi imza atıb.