“Sumqayıt”ın legioneri milliyə çağırıldı

“Sumqayt”ın müdafiəçisi Todor Todoroski Şimali Makedoniya millisinə dəvət edilib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu UEFA Millətlər Liqasında Gürcüstan və Bolqarıstanla oyunlar üçün yığmaya çağırılıb.

Şimali Makedoniya millisi sentyabrın 23-də Gürcüstanla, 26-da isə Bolqarıstanla üz-üzə gələcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button