“Sumqayıt”ın ilk rəqibi bəlli oldu

“Sumqayıt” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, sözügedən komanda hazırlıq prosesinin 3-cü gününü artıq başa vurub.

“Sumqayıt” qardaş ölkədə sabah ilk yoxlama oyununu keçirəcək. Komandanın rəqibi Polşanın “Yagelloniya” kollektivi olacaq.