“Sumqayıt”da ilk ayrılıq

“Sumqayıt”ı tərk edəcək ilk futbolçu məlum olub.

Atilla Yıldırım yeni mövsümdən “kimyaçılar”ın heyətində olmayacaq. Bu barədə klubun baş məşqçisi Ayxan Abbasov Komanda.az-a açıqlamasında deyib. O, əvəzedici komandaya göndərilən hücumçu ilə yeni müqavilə imzalamayacaqlarını bildirib.

2018-ci ilin yayında “Sumqayıt”a keçən Atillanın müqaviləsi mövsümün sonuna qədər idi.