“Sumqayıt”da yeni müqavilə – RƏSMİ

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxovla yeni sözləşmə bağlanılıb.

24 yaşlı futbolçunun 2020/21 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə artırılıb.

Sadıxov 2019/20 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.

Qeyd eək ki, klub daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button