“Sumqayıt”da yeni hücumçu – RƏSMİ

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib.

Komanda.az xəbər verir ki, son klubu İsfahan “Sepahan”ı olan Azərbaycan əsilli futbolçu Əli Qurbani “Sumqayıt”la 1+1 illik müqavilə imzalayıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu yeni komandasında “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, cənubi azərbaycanlı olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010/11 mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu olan “Sepahan”la yanaşı (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Şəhr Xodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak” (Trnava) (9 oyun, 2 qol) klublarında da çıxış edib.