“Sumqayıt”da “Qəbələ” ilə oyun öncəsi 1 itki

Premyer Liqanın 3-cü dövrəsinin ilk qarşılaşmasında səfərdə “Qəbələ” ilə qarşılaşacaq olan “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, sözügedən komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün doğma meydanda təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib. Müdafiəçi Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1.5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button