“Zirə”nin 17-ci qarşılaşması

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatır. Sentyabrın 14-də start götürəcək 4-cü turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.

Komanda.az “qartallar”ın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Qəsəbə təmsilçisi oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən futbolçular 4 qarşılaşmadan məğlub ayrılıblar.

33 qolun vurulduğu matçlarda top fərqi də “qartallar”ın xeyrinədir – 21:12. “Zirə”nin əvvəlki 16 qarşılaşmalardakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.

9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə”, qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.

Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə “Zirə” qapısını da toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button