“Sumqayıt” yeni transferini açıqladı – rəsmi

“Sumqayıt” klubu Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kimyaçılar” İran çempionatında çıxış edən “Peykan” klubunun mərkəz müdafiəçisi Höccət Haqverdi ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Höccət Haqverdi karyerası ərzində “Peykan” (90 oyun, 4 qol) və İsfahanın “Zobahan” (26 oyun) komandalarının uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button