“Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Makedoniyanın “Vardar” komandası ilə qarşılaşıb.

Manavqat qəsəbə stadionunda keçirilən oyuna Bakı vaxtı ilə saat 16:00-da start verilib.

“Vardar” Makedoniya çempionatında 18 turdan sonra 35 xalla 2-ci pillədə qərarlaşıb. Bu komanda ilə oyunda sumqayıtlılar inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetısu” komandası ilə 1:1 hesablı heç-heçə edib. Bosniya və Herseqovina “Çelik”i ilə qarşılaşma isə baş tutmayıb.

Yoxlama oyunu
22 yanvar

16:00. Sumqayıt – Vardar 3:1

Qol: Arif Daşdəmirov, 53. Xəyal Nəcəfov, 56. Elvin Məmmədov, 86.
Manavqat qəsəbə stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 5. Adil Nağıyev, 7. Cavid Tağıyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 41. Peyman Babayi, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 4. Peyman Keshavarz, 6. Səbuhi Abdullazdə, 9. Ehtiram Şahverdiyev, 11. Atilla Yıldırım, 17. Nicat Qurbanov, 44. Valeh Seyidov, 60. Elvin Məmmədov, 70. Ülvi İsgəndərov, 90. Elvin Bədəlov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button