“Sumqayıt” U-19-la qarşılaşacaq – Bu gün

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirəcək.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “kimyaçılar” Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək matç saat 18:00-da start götürəcək.