“Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı


“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev bu gün Təbrizin “Traktorsazi” klubunun nümayəndələri və klubun sahibi Mohammad Reza Zonuzi ilə görüşüb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, hər iki klubun rəhbərləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

Bu gündən etibarən “Sumqayıt” və “Traktorsazi” arasında əməkdaşlıq münasibətləri başlayacaq.