“Sumqayıt” sabahdan başlayır

“Sumqayıt” klubu sabah 2019/2020 futbol mövsümü üçün hazırlığa start verəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” iyunun 26-da Sumqayıt şəhər stadionunda, saat 18:00-da yeni mövsümdə ilk məşqinə çıxacaq.

Plana əsasən, hazırlığın birinci mərhələsində “Sumqayıt” iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Oyunların saatı və komandanın ikinci hazırlıq mərhələsinin planları hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button