“Bilirəm, qardaş, bunlar hamıdan çox məni narahat edir” – Müsahibə

“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Ayxan bəy, komandanın hazırlıq planı nə yerdədir?
  • Hələ problemlərimiz var. İnşallah, bu həftə həll olunacaq, ona görə də, hələlik bir şey deyə bilmərəm.
  • Komanda hazırlıq üçün Qəbələyə yollanacaq, yoxsa başqa yer seçmisiz?
  • Bilmirəm, problemlər var. Bazar ertəsi yəqin bəlli olacaq, hələ ki, heç nə bilinmir.
  • Bizdə olan məlumata görə, klubda maliyyə problemləri var. Hazırlığa əngəl olan budur?
  • Yəni bu dəqiqə maliyyə məsələləri, komandanın hazırlığı bizi narahat edir. Bilmirik ki, kimləri saxlayacağıq, kimlər gedəcək. Bu məsələlər həll olunduqdan sonra artıq toplanışa başlaya bilərik. Onsuz da burda məşq etməyə icazə verilmir, rayona getməliyik.
  • Deyəsən, yeni mövsümün büdcəsi də hələ təsdiq olunmayıb.
  • Bunlar klubdaxili məsələlərdir, yəqin rəhbərlik bu haqda məlumat verər.
  • Problemlərin olduğunu deyirsiz, ancaq komanda artıq bir aydan sonra Avropa Liqasında mübarizəyə başlayacaq.
  • Bilirəm, qardaş, bunlar hamıdan çox məni narahat edir. Yəni bizdən asılı olmayan səbəblərdir də…
  • Sizin komandadakı taleyiniz necə olacaq?
  • Mənim komandada qalıb-qalmayacağım da sual altındadır. Gözləyirəm, bazar ertəsi, ya da çərşənbə günü qərar verilər.
  • Belə çıxır ki, sizin də komandadan getmək ehtimalınız var?
  • Yəqin ki, ola bilər. Demirəm bu dəqiqə gedirəm, qərar yeni həftə veriləcək, ondan sonra məsələlərə aydınlıq gələcək. Ondan sonra ətraflı nəsə deyə bilərəm, indi olmayan şeylər haqda danışmayaq.
  • Hazırda baş məşqçi postunda sizsiz. Aleksey İsayev, Şəhriyar Əliyev kimi futbolçular komandadan ayrıldı. “Sumqayıt”ın onlara ehtiyacı yox idi?
  • Onların müqavilələri bitmişdi, peşəkar yanaşmaq lazımdır. Mən istədim-istəmədim, klub icazə verdi-vermədi söhbəti deyil, ürəyi istəyirsə, gedə bilər. Saxlamaq istəyirsənsə, müqavilə bağlamalısan. Ya onun istədiyi məbləği verməlisən, ya da futbolçu çıxıb gedir. Futbolçu istəməyəndən sonra baş məşqçi və ya klub rəhbərliyi nə deyə bilər? İnşallah, səbrli olun, yaxın zamanda ətraflı məlumatlar veriləcək.

Şahin Cəfərov