“Sumqayıt”da yeni futbolçu – rəsmi

“Sumqayıt” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Adəm Həmatini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Yeni transfer “Sumqayıt”da 21 nömrəli formada mübarizə aparacaq.

Həmati son mövsümü İranın “Pars Conubi” klubunda keçirib.