“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “kimyaçılar” Kərəm Sultanovla razılıq əldə edib. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. “Sumqayıt” 24 yaşlı müdafiəçiylə 2 illik müqavilə imzalayacaq.
Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu “Kaspi” (Aktau) olan Kərəm, Qazaxıstanın “Kızıl-Jar” komandasının da formasını geyinib.