“Sumqayıt”ın qış planı: Rəqiblər bilindi

“Sumqayıt” klubu artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kimyaçılar” baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək “gənclik şəhəri” təmsilçisi “Aska Resort” hotelində məskunlaşacaq.

“Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın “Kaposvar”, 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də isə Polşanın “Arka” klubları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button