250-ci qol

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 250-ci qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, mövsümün 9-cu turunun “Neftçi” ilə ev oyununa təsadüf edib. Sumqayıt şəhər stadionunda 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki qola Rəhim Sadıxov imza atıb.

Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdir. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button