“Sumqayıt”ın debütü uğursuz oldu

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Sumqayıt” da bu gün ilk sınağına çıxıb.

Doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan Ayxan Abbasovun çalışdırdığı komanda bununla həm də avrokuboklarda debüt edib. Təkcə klub yox, həm də eyniadlı şəhər ilk dəfə qitə miqyaslı turnirdə təmsil olunurdu.

“Sumqayıt” bu tarixi oyundan qələbə ilə ayrılmağı bacarmaqla növbəti mərhələyə vəsiqə qazana bilsə, bir neçə il əvvəl “Şkendiya”nın qurbanı olan “Neftçi”nin qisasını alacaqdı. Amma sumqayıtlılar bu şansı əldən veriblər. İki penalti qoluna üzülən Ayxan Abbasovun yetirmələri mübarizəni startdaca dayandırmalı olublar.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

27 avqust

Sumqayıt – Şkendiya 0:2
Qol
: B.İbraimi, 56-pen. L.Doriev, 89-pen.
Qırmızı vərəqə: T.Mütəllimov, 89.
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).
“Sumqayıt Arena”.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 5. Camaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Kərəm Sultanov, 8. Səbuhi Abdullazadə, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 21. Adəm Həmati, 33. Eltun Turabov.
Baş məşqçi: Ayxan Abbasov.
Şkendiya: 1. Kostadin Zahov, 3. Antonio Paviç, 4. Eqzon Beytulyay, 7. Besart İbraimi, 8. Ennur Totre, 10. Valen Ahmedi, 14. Lyupçe Doriev, 16. Mevlan Murati, 19. Bruno Dita, 20. Yan Krivak, 28. Omar İmeri.
Ehtiyat oyunçular: 40. Bekim Recepi, 15. Leard Sadriu, 17. Arbin Zeynulay, 22. Ziya Mərcani, 24. Mecit Neziri, 34. Əbubəkr Əs-Sahal, 77. Florent Ramadani.
Baş məşqçi: Ernest Qyoka.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button