“Sumqayıt”: 28 oyun, 29 futbolçu

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü başa çatıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt” geridə qalan mövsümü 22 xal toplayaraq, 6-cı pillədə bitirib.

Çempionatın ilk yarısında komandanı Ayxan Abbasov çalışdırıb. 15-ci turdan isə komanda belaruslu mütəxəssis Aleksey Baqaya həvalə edilib.

“Sumqayıt” FK arxada qalan 28 qarşılaşmada 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 22 qol vurub və qapısından 46 top buraxıb.

28 turda əsas komandada ümumilikdə 29 futbolçu çıxış edib. Arxada qalan mövsümdə “Sumqayıt”ın heyətində ən çox forma geyinmiş futbolçular – Rüfət Abdullazadə (27 oyun, 1531 dəq.), Höccət Haqverdi (25 oyun, 2250 dəq.), Vüqar Mustafayev (25 oyun, 2202 dəq.) və Cəmaləddin Xocaniyazov (25 oyun, 2111 dəq.) olub.

Mövsümün yekununda “Sumqayıt”ın ən çox qol vuran futbolçuları Rəhim Sadıxov (24 oyun, 1963 dəq.) və Əli Qurbanidir (23 oyun, 1730 dəq.). Onlar hərəyə 5 qol vurublar. Digər qollara isə Tellur Mütəllimov (24 oyun, 1963 dəq.), Murad Xaçayev (22 oyun, 1678 dəq.), Səid Rza (11 oyun, 462 dəq.), Höccət Haqverdi (25 oyun, 2250 dəq.), Cəmaləddin Xocaniyazov (25 oyun, 2111 dəq.), Araz Abdullayev (12 oyun, 852 dəq.), Vurğun Hüseynov (9 oyun, 754 dəq.), Anatoli Nuriyev (5 oyun, 342 dəq.), Elvin Bədəlov (5 oyun, 135 dəq.) və Vüqar Bəybalayev (4 oyun, 30 dəq.) imza atıb. İki qol isə avtoqol nəticəsində qeydə alınıb.

Rüfət Abdullazadə – 27 oyun (1531 dəqiqə)
Höccət Haqverdi – 25 (2250)
Vüqar Mustafayev- 25 (2202)
Cəmaləddin Xocaniyazov – 25 (2111)
Tellur Mütəllimov – 24 (2119)
Rəhim Sadıxov – 24 (1963)
Səbuhi Abdullazadə – 24 (1855)
Dmitri Nağıyev – 24 (1487)
Əli Qurbani – 23 (1730)
Murad Xaçayev – 22 (1678)
Aydın Bayramov – 13 (1085)
Süleyman Əhmədov – 13 (1032)
Xəzər Mahmudov – 13 (381)
Araz Abdullayev – 12 (852)
Yusif Nəbiyev – 11 (796)
Səid Rza – 11 (462)
Elvin Məmmədov – 11 (253)
Andrey Popoviç – 9 (810)
Vurğun Hüseynov – 9 (754)
Eltun Turabov – 9 (465)
Tərlan Əhmədli – 7 (625)
Elvin Bədəlov – 5 (380)
Anatoli Nuriyev – 5 (342)
Elşən Abdullayev – 5 (135)
Vüqar Bəybalayev – 4 (30)
Roman Hüseynov – 3 (19)
Nəbi Məmmədov – 2 (65)
İbrahim Əliyev – 2 (17)
Emil Əliyev – 1 (78)

Vurulan qollar: Rəhim Sadıxov (5), Əli Qurbani (5), Tellur Mütəllimov, Murad Xaçayev, Höccət Haqverdi, Səid Rza, Araz Abdullayev, Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Anatoli Nuriyev, Elvin Bədəlov, Vüqar Bəybalayev.