Sulşer onu “Mançester Yunayted”də istəmir

“Mançester Yunayted” futbolçusu Aleksis Sançeslə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, çilili hücumçu baş məşqçi Ole-Qunnar Sulşerin gələcək planlarında olmadığı üçün satılacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bu mövsüm İngiltərə Premyer Liqasında 17 qarşılaşmada 1 qol vurub, 3 məhsuldar ötürmə edən Sançesin icarəyə verilə biləcəyi də bildirilir.

2018-ci ilin yanvarında 34 milyon avroya “Arsenal”dan transfer edilən Sançes, hazırda həftəlik 400 min avro məvaciblə “Mançester Yunayted”in ən çox qazanan futbolçusudur.