“Bu, məni narahat etmir” – Sulşer

İngiltərə Premyer Liqasının növbəti turunda “Tottenhem”lə qarşılaşacaq “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mümkün istefasından danışan norveçli mütəxəssis, narahat olmadığını deyib:

“Bu, məni narahat etmir. Sadəcə, öz işimə köklənirəm və növbəti oyuna hazırlaşıram. Futbol nəticəylə bağlı bir işdir. Mövcud vəziyyətdən məmnun deyilik, amma daha yaxşısını edə biləcəyimizi bilirik və bunun üçün çalışırıq. Gördüyümüz iş hər zaman bizim inkişafımıza kömək edir, amma istədiyimiz nəticəni əldə edə bilmirik. Digər məşqçilərlə birlikdə komandanın vəziyyətini müzakirə edirik, bəzi vacib qərarlar da almışıq”.

Mütəxəssis, zədəli olan Pol Poqbanın vəziyyəti iə bağlı da danışıb:

“Poqba hələ ki, hazır deyil. O, hələ ki, fərdi məşqlər edir və çox çalışır. Hansı müddətə tam hazır olacağını görəcəyik. Hələ qarşıda çox oyun var, sadəcə bir oyunu düşünməməliyik”.