Sulşer: “Çempion olmaq üçün möcüzəyə ehtiyacımız var”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer növbəti mövsümdə Premyer Liqadakı hədəflərindən danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən norveçli mütəxəssis, gələcək mövsüm çempionluğun çətin olacağını deyib:

“Növbəti mövsüm çempionluq uğrunda mübarizə aparsaq, möcüzə olar. Bu məsələdə dürüst olmalıyıq. Çempion olmaq üçün möcüzəyə ehtiyacımız var.

Növbəti mövsümdə klublar arasındakı fərqi azaltmalıyıq. Fevral-mart aylarında yuxarılarda olsaq, bizim üçün yaxşı olar. Addım-addım irəliləməliyik.

Bu yay illərlə “Mançester Yunayted”də oynaya biləcək futbolçular transfer etmək istəyirik. Burda qalıb, inkişaf edəcək oyunçular lazımdır. Kriştiano Ronaldo və Ueyn Runi “Mançester Yunayted”ə gələndə ulduz futbolçular deyildi. Burda ulduzlaşdılar”.

“Mançester Yunayted” Premyer Liqada 37 turdan sonra 66 xalla 6-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button