Sulşer “Mançester Yunayted”in hədəflərindən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer “qırmızı şeytanlar”dakı gələcək planlarından danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan norveçli mütəxəssis “Mançester Yunayted”i yenidən Avropanın zirvəsinə qaldırmaq üçün uzunmüddətli planlar hazırladıqlarını deyib:

“Bu mövsümü ilk 4-lükdə bitirmək istəyirik. Növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Əsas hədəfimiz futbolçularımızı komandada saxlamaq və ÇL-də uğur qazanmaqdır. Ancaq bu, sürətlə olmayacaq, addım-addım irəliləyəcəyik.

Yayda bir neçə oyunçu transfer edəcəyik, ancaq bu o demək deyil ki, yüksək səviyyəli 6 futbolçu komandaya qoşulacaq. Heç bir baş məşqçi bir anda komandanın böyük hissəsini dəyişmək istəməz. Bunu uzunmüddətli planlar əsasında edəcəyik.

Bu mövsümü 6-cı sırada da bitirə bilərik. Ancaq son 16-17 oyunda futbolçularım necə yaxşı olduqlarını göstərdilər. Mən gəldikdən sonra ancaq “Mançester Siti” bizdən çox xal toplayıb. Mən bu vəzifəyə gəldikdə “Mançester Yunayted”in nə olduğunu və nəyə sahib olduğunu bilirdim. Futbolçulardan bizim keçmişdə bacardıqlarımızı istəmək düz olmaz”.