Süleymanov sədr seçildi, Azad Həmkarlar İttifaqının adı dəyişdi

Bu gün Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının konfransı keçirilir.

Komanda.az-ın konfransı işıqlandırmaq üçün ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı bundan sonra AFFA Azad Həmkarlar İttifaqı adlanacaq.

Konfransda Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanov quruma sədr seçilib.